ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn müdafiə naziri Pit Heqsetlə birlikdə Pentaqonun 2027 maliyyə ili üçün rekord qıran büdcə tələbinin nəzərdən keçirildiyi ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi qarşısında sualları cavablandırıb.
Reyting.az xarici media seqmentlərinə istinadla bildirir ki, daha ətraflı məlumat verməkdən boyun qaçıran general Den Keyn ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı Rusiyanın Tehrana hərbi səylərində yaxından kömək etdiyini açıqlayıb.
Senatdakı dinləmə canlı yayımlandığı üçün Keyn "Rusiyanın İrana yardımı haqqında" çıxışında ətraflı məlumat verməkdən imtina edib, “ortada mütləq bəzi irəliləyiş və inkişaf var”,- deməklə kifayətlənib.
E. Kamal