Advert
Advert

ABŞ Hörmüz boğazını nə vaxt açacaq?

Tarix:
ABŞ Hörmüz boğazını nə vaxt açacaq?
Reklam

ABŞ administrasiyası İranla razılaşma üzrə danışıqların uğurla başa çatacağı və razılaşmanın bağlanacağı barədə məlumat alana qədər Hörmüz boğazından gəmilərin tranzitini təşkil edən Azadlıq Layihəsi əməliyyatını dayandırmaq qərarına gəlib.

Reyting.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ "Pakistan və digər ölkələrdən" müvafiq sorğu alıb.

Tramp "Truth Social"da yazıb: 

"Biz qarşılıqlı olaraq razılığa gəldik ki, tam blokada qalsa da, danışıqların başa çatıb razılaşma imzalanıb-imzalanmayacağını görmək üçün Azadlıq Layihəsi (Hörmüz boğazından gəmi keçidi) qısa müddətə dayandırılacaq".

E. Kamal
 

Reklam