Advert
Advert

ABŞ-ın Hörmüzlə bağlı bəyanatı neftin qiymətini 8 faiz qaldırıb

Tarix:
 ABŞ-ın Hörmüzlə bağlı bəyanatı neftin qiymətini 8 faiz qaldırıb
Reklam

ABŞ “İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatını” blokadaya alacağını vəd edir.

Reyting.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Deyilir ki, dünya bazarında neftin qiyməti ABŞ prezidenti Donald Trampın Hörmüz boğazını blokadaya aldığını elan etməsindən sonra 8 faiz qalxıb, Brent markalı neftin bir bareli 102 dolları keçib.

Dünən Tramp bəyan edib ki, ABŞ Hörmüz boğazına girib-çıxmağa cəhd edən bütün gəmiləri blokadaya alacaq. O, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə İrana boğazdan keçmək üçün pul ödəyən gəmiləri izləməyi və onların qarşısını almağı tapşırıb.

V. Quliyev
 

Reklam