İslamabad, İran və ABŞ rəsmiləri arasında 11 iyulda keçirilməsi gözlənilən yeni danışıqlar raundu üçün ən çox ehtimal olunan məkandır.
Reyting.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti diplomatik mənbələrə istinadla məlumat yayıb.
Mənbələrdən biri deyib ki, texniki danışıqlar üçün iki mümkün yer var: Pakistanın paytaxtı və İsveçrənin Bürgenştok kurortu.
Lakin o əlavə edib ki, İslamabad "ən çox ehtimal olunan seçimdir".
Nəşrin məlumatına görə, bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, danışıqlarda İranın nüvə proqramı, Tehrana qarşı sanksiyaların ləğvi və aktivlərinin dondurulması məsələləri müzakirə olunacaq.
Y. Qacar