ABŞ və İran yenidən qarşılıqlı zərbələr endiriblər. Ötən gecə Hörmüz boğazında da qızğın döyüşlər olub.
Reyting.az xəbər verir ki, amerikalılar İrandakı körpüləri və elektrik stansiyalarını hədəfə almaq planlarını açıqlayıb, İran ordusu isə ABŞ-ın bölgədəki hərbi obyektlərinə zərbələr endirmək barədə xəbərdarlıq edib.
Qeyd edək ki, ABŞ “Apaçi” helikopterinin İran HHQ tərəfindən vurulması insidentindən sonra hərbi əməliyyatları bərpa edib.
Bu arada, ABŞ-ın İrana kütləvi zərbələri başlamazdan bir qədər əvvəl Qətərdən hökumət nümayəndə heyəti mövcud münaqişənin həllini müzakirə etmək üçün Tehrana gəlib.
ABC telekanalı xəbər verir ki, Ağ Ev administrasiyası İranı danışıqlar masasına gətirmək üçün təzyiqi artırır və Qətər vasitəçiləri ilə əlaqə saxlaması gözlənilir.
Y. Qacar