Advert
Advert

ABŞ İrana 20 illik moratorium təklif edir

Tarix:
ABŞ İrana 20 illik moratorium təklif edir
Reklam

İslamabadda keçirilən danışıqlar zamanı ABŞ İranın uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməsi ideyasını irəli sürüb. 

Reyting.az bildirir ki, bu barədə “Axios” xəbər portalı mənbələrinə istinadla məlumat yayıb.

“ABŞ İslamabadda danışıqlar zamanı İranın uranın zənginləşdirilməsinə 20 illik moratorium qəbulunu təklif etdi”, - yazan portal əlavə edib ki, iranlılar qısa bir “təkrəqəmli” müddətlə cavab veriblər.

Portalın ABŞ administrasiyasındakı mənbəyi bildirib ki, tərəflər razılığa gəlmək üçün dialoqu davam etdirirlər.

Qeyd edək ki, İran və ABŞ aprelin 11-də Pakistanın paytaxtında bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Vens rəhbərlik edib. Həm Tehran, həm də Vaşinqton danışıqlardan sonra bildiriblər ki, bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılıq əldə edilməyib. Potensial yeni danışıqlar raundu ilə bağlı təfərrüatlar hələ də açıq deyil.

Y. Qacar
 

Reklam