Əgər İslam Respublikası İranın yüksək dərəcədə zənginləşdirilmiş uranın Amerika tərəfinə təhvil verilməsinə razı olarsa, ABŞ çox güman ki, onu məhv edəcək.
Reyting.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Ağ Evdə jurnalistlərlə görüş zamanı Amerika lideri İranın nüvə yanacağı ehtiyatını saxlaya biləcəyi ilə bağlı sualına cavabında deyib ki, buna icazə verilməyəcək.
Qeyd edək ki, cümə axşamı İranın Ali lideri Müctəba Xamnəi zənginləşdirilmiş uranın xaricə ixracını qadağan edən fərman imzalayıb. “Reuters” agentliyinin məlumatına görə, bu, Tehranın Vaşinqtonun münaqişənin həlli ilə bağlı əsas tələblərindən birinə münasibətini sərtləşdirir.
E. Kamal