Advert
Advert

ABŞ kiçik modul nüvə reaktorlarının inkişafında liderdir

Tarix:
ABŞ kiçik modul nüvə reaktorlarının inkişafında liderdir
Reklam

ABŞ kiçik modul nüvə reaktorlarının (SMR) inkişafı üzrə dünya lideridir. 2026-cı il üçün ölkədə bu texnologiyanın tətbiqini nəzərdə tutan 28 iri layihə elan olunub.

Reyting.az xəbər verir ki, bu barədə “National Public Utilities Council” qeyri-kommersiya təşkilatının 2026-cı il üzrə hazırladığı hesabat və infoqrafikada bildirilib. Hesabata əsasən, ABŞ bu göstəriciyə görə Çin, Yaponiya, Almaniya və Böyük Britaniyanı geridə qoyur.

Gücü 10-300 meqavat arasında dəyişən kiçik modul nüvə reaktorları ənənəvi atom elektrik stansiyalarına nisbətən daha kompakt, çevik və iqtisadi cəhətdən səmərəli hesab edilir. Bu reaktorlar zavod şəraitində seriyalı istehsal üçün nəzərdə tutulduğundan onların tikinti müddətini qısaltmaq və xərcləri azaltmaq mümkündür.

Mütəxəssislərin fikrincə, SMR texnologiyası xüsusilə məlumat mərkəzlərinin, sənaye müəssisələrinin və elektrik şəbəkəsindən uzaqda yerləşən obyektlərin etibarlı enerji ilə təmin edilməsində mühüm rol oynaya bilər. Onların tətbiqi gələcəkdə enerji təhlükəsizliyinin gücləndirilməsi və karbon emissiyalarının azaldılması baxımından da perspektivli hesab olunur.

Oqtay Qorçu
 

Reklam