Advert
Advert

ABŞ-la danışıqları İran parlamentinin sədri aparacaq

Tarix:
ABŞ-la danışıqları İran parlamentinin sədri aparacaq
Reklam

ABŞ-la danışıqlarda İran nümayəndə heyətinə İran İslami Şura Məclisinin (parlament) sədri Məhəmməd Baqir Qalibaf başçılıq edəcək.

Reyting.az xəbər verir ki, bu barədə İranın rəsmi “İSNA” agentliyi məlumat yayıb. 

Digər məlumata görə, ABŞ tərəfindən nümayəndə heyətinə rəhbərlik Vitse-prezident Ceyms Devid Vensə həvalə olunub.

“İranın təklif etdiyi 10 bəndlik plan çərçivəsində təkcə nüvə proqramı və regional təhlükəsizlik deyil, həm də son 45 ildə İrana qarşı tətbiq edilən ilkin və ikinci dərəcəli sanksiyalar da var”,- İran mediası yazır.

Y. Qacar
 

Reklam