ABŞ administrasiyası Liviyada birliyin bərpası səylərini dəstəkləmək üçün tərəfdaşlarla işləmək niyyətindədir.
Reyting.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bazar ertəsi Vaşinqtonda Liviya Milli Ordusunun komandan müavini Səddam Haftarla görüşdən sonra bildirib.
Rubio “X” sosial media platformasında Haftarla "Liviya ordusunu birləşdirmək və davamlı sülhə şərait yaratmaq" məsələsini müzakirə etdiyini yazıb.
Rubio əlavə edib ki, "ABŞ daha dinc, vahid və çiçəklənən Liviyanı dəstəkləmək üçün Liviya liderləri və beynəlxalq tərəfdaşlarla işləməyə davam edəcək".
E. Kamal