ABŞ dünyanın ən hündür göydələnlərinə ev sahibliyi edən ölkələrdən biridir. 2026-cı il üçün təqdim olunmuş infoqrafik hesabata əsasən, ABŞ ərazisində ən hündür binaların əksəriyyəti Nyu-York və Çikaqo şəhərlərində yerləşir. İlk iyirmilikdə olan binaların 14-ü məhz bu iki şəhərin payına düşür.
Reyting.az xəbər verir ki, siyahıya 541 metr hündürlüyündəki "One World Trade Center", həmçinin 472 metrlik göydələn "Central Park Tower" liderlik edir. Bu göstəricilər həm də göydələnlərin əsas "mərkəzinin" Manhettendə cəmləşdiyinin sübutudur.
Tarixi 1930-cu ildə başlayan və zamanında ABŞ-da ən hündür göydələn olan "Chrysler Building" qısa müddət dünyanın ən hündür binası olsa da, tezliklə bu göydələn ikinci olub. 1931-ci ildə Nyu-York şəhərində ucaldılan yeni göydələn "Empire State Building" ilk dəfə ölkə ərazisində inşa edilmiş binanı da geridə qoyub və bu bina təxminən 40 il öz rekordunu qoruyub.
Sonrakı illərdə liderlik "Willis Tower"ə keçib və bu göydələn uzun illər ərzində ABŞ-ın ən hündür binası olub. Lakin 2014-cü ildən birinciliyi "One World Trade Center" binası qazanıb.
2025-ci ildə inşası tamamlanan "JPMorgan Chase World Headquarters" göydələni də ölkənin ən hündür binaları siyahısındakı ilk onluğa daxil olub.
Nyu-York və Çikaqo şəhərlərindən kənarda isə ilk iyirmiliyə cəmi üç bina düşüb ki, bu göydələnlərin sırasında "Salesforce Tower", "Comcast Technology Center" və "Wilshire Grand Center" binaları var.
Ekspertlərin fikrincə, bu göydələnlər fərqi bir daha təsdiqləyir ki, ümumiyyətlə ABŞ ərazisində hündür binaların inkişafı əsasən bu iki şəhərdə cəmləşib.

Oqtay QORÇU