Advert
Advert

ABŞ ordusu İİKK-nın məlumatını təkzib edir

Tarix:
ABŞ ordusu İİKK-nın məlumatını təkzib edir
Reklam

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) ABŞ-ın “USS Tripoli” (LHA-7) amfibiya hücum gəmisinə endirilən zərbə ilə bağlı açıqlamasını təkzib edib.

Mərkəzi Komandanlığın məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu iddia edir ki, onlar “USS Tripoli” (LHA 7) amfibiya hücum gəmisinə raketlərlə hücum edib və onu bölgədən cənubi Hind okeanına çəkilmək məcburiyyətində qoyublar. Komandanlıq bildirir ki, “USS Tripoli” hücuma məruz qalmayıb və "Epik Qəzəb" əməliyyatına dəstək olaraq Ərəb dənizində üzməyə davam edir.

Daha əvvəl İİKK-nın mətbuat xidməti İran qüvvələrinin “USS Tripoli” (LHA-7) gəmisinə zərbə endirdiyini və gəminin Fars körfəzinin cənub sularına çəkilməyə məcbur etdiyini bildirmişdi. İİKK əlavə etmişdi ki, zərbələr İsrailə bağlı SDN7 konteyner gəmisinə də endirilib. Onun məhv edilməsi barədə əvvəllər “Fars” xəbər agentliyi məlumat yaymışdı.

V. Quliyev
 

Reklam