Advert
Advert

ABŞ ordusu əməliyyat keçirib, ölənlər var

Tarix:
ABŞ ordusu əməliyyat keçirib, ölənlər var
Reklam

ABŞ ordusu Şərqi Sakit Okeanda şiddətli hücum həyata keçirib. Ordu, narkotik daşıdığı müəyyən edilən 2 qayığa edilən hücumlarda ən azı 5 narkoterrorçunun öldürüldüyünü açıqlayıb. 

Reyting.az-ın məlumatına görə, ABŞ Cənub Komandanlığı (SOUTHCOM) bildirir ki, SOUTHCOM komandanı general Francis L. Donovanın rəhbərliyi altında “Cənub Nizə Əməliyyatı”nı həyata keçirən birgə əməliyyat qrupu Şərqi Sakit Okeanda narkotik daşıdığı müəyyən edilən 2 qayığa qarşı hücuma keçib.

Hücuma məruz qalan gəmilərin “terrorçu” kimi qəbul edilən təşkilatlara məxsus olduğu vurğulanıb. Bildirilir ki, əldə edilən kəşfiyyat məlumatları bu gəmilərin Şərqi Sakit Okeanda məlum narkotik qaçaqmalçılığı marşrutları ilə üzdüyünü və qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyib.

Məlumata görə, birinci hücumda 2 kişi narko-terrorçu öldürülüb, 1 narko-terrorçu isə sağ qalıb. İkinci hücum zamanı 3 nəfər narko-terrorçu məhv edilib.

SOUTHCOM sağ qalan şəxs üçün axtarış və xilasetmə əməliyyatına başlayıb. Əməliyyat zamanı heç bir ABŞ hərbçisi zərər görməyib.

V. Quliyev

Reklam