Vaşinqton Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezə qarşı sanksiyaları ləğv edib. Bu addım ABŞ-nın Nikolas Maduronu devirdikdən sonra Venesuelaya qarşı tədbirləri tədricən yumşaltmağa davam etməsi ilə əlaqədardır.
Reyting.az xatırladır ki, Rodrigez ABŞ tərəfindən mart ayında rəsmi olaraq Venesuela rəhbəri kimi tanınıb.
Qeyd edək ki, ABŞ qüvvələri yanvarın 3-də Venesuelanın paytaxtı Karakas şəhərinə basqın edərək prezident Nikolas Maduronu devirib.
V. Quliyev