USS George H.W. Bush (CVN-77) təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin üçüncü zərbə qrupunun Yaxın Şərqə göndərilməsinə hazırlıq görülür.
Bu barədə Fox News məlumat yayıb.
Məlumata görə, zərbə qrupunun Şərqi Aralıq dənizi istiqamətinə hərəkət edəcəyi bildirilir. Qrupun tərkibində təyyarədaşıyan gəmi ilə yanaşı, raketlərlə təchiz edilmiş esmineslər və digər hərbi gəmilərin də yer alacağı gözlənilir.
Qeyd olunur ki, bu addım ABŞ-ın Yaxın Şərq regionunda hərbi mövcudluğunu daha da gücləndirməyə yönəlib. ABŞ administrasiyası bölgədə artan gərginlik fonunda əlavə qüvvələrin yerləşdirilməsini nəzərdən keçirir.