Advert
Advert

ABŞ və Çin bir çox məsələlərdə anlaşma əldə ediblər

Tarix:
ABŞ və Çin bir çox məsələlərdə anlaşma əldə ediblər
Reklam

ABŞ və Çin Şimali Koreyanın "nüvəsizləşdirilməsi" və Hörmüz boğazında naviqasiya azadlığı kimi məsələlərdə ortaq anlayışa malikdirlər. 

Reyting.az xəbər verir ki, bu, Ağ Evin saytında yerləşdirilmiş bəyanatda öz əksini tapıb.

Sənəddə deyilir ki, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Prezidenti Si Cinpin KXDR-in “nüvəsizləşdirilməsi” kimi ortaq məqsədlərini bir daha təsdiqləyiblər.

Bundan əlavə, bəyanatda ABŞ və Çin liderlərinin "İranın nüvə silahına sahib olmaması barədə razılığa gəldikləri, Hörmüz boğazının açılmasına çağırdıqları, heç bir ölkənin və ya təşkilatın oradan keçid üçün rüsum almasına icazə verilməməsi" barədə razılığa gəldikləri iddia olunur.

E. Kamal
 

Reklam