Tehran və Vaşinqton münaqişənin həllinə yönəlmiş dolayı əlaqələri dayandırmayıblar və tərəflər hazırda əvvəllər mübadilə etdikləri mətnləri nəzərdən keçirirlər.
Reyting.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Mayadeen" televiziyasına müsahibəsində bildirib.
Livandakı vəziyyətə görə danışıqlar prosesinin dayandırılıb-dayandırılmadığı barədə suala cavabında Əraqçi deyib ki, xarici amillər danışıqlara təsir göstərir.
"Hazırda danışıqlar aparılmır, lakin mesaj mübadiləsi davam edir. İki gün əvvəl ABŞ-a İsrailin Beyruta qarşı təcavüzünün dayandırılmasının vacibliyi barədə mesaj göndərdik. Əlaqələrimiz kəsilməyib", - deyə nazir əlavə edib.
Xarici işlər naziri deyib:
"Biz əvvəllər Amerika tərəfi ilə mübadilə edilmiş mətnləri nəzərdən keçiririk və sənədin yekun layihəsi üzərində işləyirik".
Y. Qacar