ABŞ ordusu İrandakı hərbi obyektə zərbə endirib.
Reyting.az xəbər verir ki, “Reuters“ agentliyi adı açıqlanmayan ABŞ rəsmisinə istinadla bildirib ki, zərbə ABŞ qüvvələrinə və Hörmüz boğazında kommersiya gəmiçiliyinə təhlükə yaradan İranın hərbi obyektinə vurulub.
Bundan əlavə, ABŞ qüvvələri bir neçə İran PUA-sını da ələ keçirərək zərərsizləşdirib.
Bu gün səhər saatlarında ABŞ ordusunun İranın Bəndər-Abbas hava limanı yaxınlığına hücumundan sonra Amerikanın hava bazası hədəf alınıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun məlumatına görə, hücumun edildiyi hərbi baza atəşə tutulub.
Qeyd olunur ki, bu cavab ABŞ-a ciddi xəbərdarlıqdır.