Advert
Advert

ABŞ və İranın İsveçrə görüşü təxirə salınıb (Yenilənib)

Tarix:
ABŞ və İranın İsveçrə görüşü təxirə salınıb (Yenilənib)
Reklam

Vaşinqton və Tehran hələlik İsveçrədə ikitərəfli anlaşma memorandumu imzalamaq və texniki danışıqlara başlamaq planlarını yekunlaşdırmayıblar.

Reyting.az xəbər verir ki, bunu jurnalistlərə ABŞ Vitse-prezidenti C.D. Vensin rəsmi sözçüsü iyunun 18-də deyib.

Qeyd olunur ki, C.D. Vensin mətbuat konfransında bildirdiyi kimi, qarşıdan gələn texniki danışıqlar üçün planlar hələlik dəqiqləşdirilməyib və ABŞ nümayəndə heyəti ən qısa zamanda yola düşməyə hazırdır. Lakin bu danışıqların təşkilati hissəsi heç vaxt sadə və proqnozlaşdırıla bilən olmayıb.

Bildirilir ki, C. D. Vensin cümə günü ABŞ-İran danışıqları üçün İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb. Onun nümayəndəsi qeyd edib ki, Vaşinqton bu danışıqlara mümkün qədər tez başlamağı gözləyir.

O səfərin təxirə salınması ilə bağlı heç bir əlavə məlumat verməyib.

"Axios" portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid isə Vensin səfərinin təxirə salınmasını Tehranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola biləcəyini iddia edrilər.

***

İsveçrə Xarici İşlər Nazirliyi (XİN) bu ölkədə gözlənilən ABŞ-İran danışıqları ilə bağlı məlumat yayıb.

Reyting.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, İsveçrə XİN-nin məlumatına görə, cümə günü İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları baş tutmayacaq.

E. Kamal

Reklam