Advert
Advert

ABŞ və İsrailin hücumunda 18 mülki şəxs həyatını itirib

Tarix:
ABŞ və İsrailin hücumunda 18 mülki şəxs həyatını itirib
Reklam

ABŞ və İsrailin İranın şimalındakı Əlborz əyalətinə endirdiyi hava hücumlarında ən azı 18 mülki şəxs həlak olub, ən azı 24 nəfər yaralanıb.

Reyting.az xəbər verir ki, bunu əyalət valisinin müavini Qüdrətullah Seyf bildirib.

"Hazırda iki azyaşlı uşaq da daxil olmaqla, 18 əziz həmvətənimizin ölümü təsdiqlənib. 24 sakin yaralanıb. Onlar dərhal tibb müəssisələrinə aparılıb və müşahidə altındadırlar", - “Fars” xəbər agentliyi onun sözlərini sitat gətirib.

Vali müavini daha sonra əlavə edib:

"Düşmənin hərəkətləri cavabsız qalmayacaq və hər bir belə cinayət İran xalqının təcavüzkarlara qarşı mübarizədə qətiyyətini daha da gücləndirir".

V. Quliyev
 

Reklam