Advert
Advert

ABŞ və Türkiyə prezidentləri atəşkəsi müzakirə ediblər 

Tarix:
 ABŞ və Türkiyə prezidentləri atəşkəsi müzakirə ediblər 
Reklam

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub. 

Reyting.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Cumhurbaşkanlığı Kommunikasiya Müdirliyi yayıb.

Telefon söhbət zamanı liderlər regiondakı cari prosesləri, ilk növbədə aprelin 8-i axşam saatlarında İranla elan edilən atəşkəs barədə danışıblar.

Ərdoğan bəyan edib ki, Türkiyə münaqişənin həlli istiqamətində dost və qardaş ölkələrlə birgə həyata keçirilən səyləri fəal şəkildə dəstəkləməyə davam edəcək. Atəşkəsdən məmnunluğunu ifadə edən Türkiyə lideri davamlı sülh sazişinin bağlanması üçün iki həftəlik fürsətdən səmərəli istifadə edilməli olduğunu deyib.

E. Kamal
 

Reklam