ABŞ Venesueladan 20 faiz zənginləşdirilmiş 13,5 kiloqram uran aparıb.
Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, altı həftə ərzində davam edən əməliyyat zamanı zənginləşdirilmiş uran fəaliyyəti 1991-ci ildə dayandırılmış "RV-1" tədqiqat reaktorundan tam götürülməklə, xüsusi konteynerdə ABŞ-a daşınıb. Uranın Cənubi Karolina ştatında "Savannah River" nüvə obyektinə göndərildiyi bildirilir.
Məlumata görə, əməliyyatda ABŞ, Venesuela, eyni zamanda Böyük Britaniya ilə Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) olan ekspertlər iştirak ediblər. Məlumatı təsdiq edən ABŞ Energetika Nazirliyi bunu qlobal nüvə təhlükəsizliyi baxımından çox mühüm addım kimi qiymətləndirib.
Venesuelanın xarici işlər naziri İvan Xil deyib ki, MAQATE tərəfindən uzun müddət tövsiyə olunub ki, hakimiyyət ölkə ərazisindən yüksək zənginləşdirilmiş uranı çıxarsın, lakin Maduro rejimi qətiyyətlə belə öhdəlik götürməyəcəyini bəyan edib. İ. Xil əlavə edib ki, onun ölkəsi çox böyük bir təhlükə ilə üz-üzə qalmışdı ki, bunun da əsas səbəbi köhnə reaktorun yaxınlığında risklərin getdikcə artması idi.
Ekspertlər bildiriblər ki, Venesuela dövlətinin zənginləşdirilmiş uran ehtiyatı "RV-1" Latın Amerikasının ilk nüvə reaktorlarından biri olmaqla yanaşı, 1960–1991-ci illərdə elmi tədqiqatlarda da istifadə edilib.
Ekspertlər həmçinin qeyd ediblər ki, nüvə silahı əldə etmək üçün uranın zənginləşdirilməsi 90 faizdən çox olmalıdır.

Oqtay Qorçu