Advert
Advert

Aerotaksidə qiymət hər kilometr üçün 1 dollar olacaq 

Tarix:
Aerotaksidə qiymət hər kilometr üçün 1 dollar olacaq 
Reklam

Qazaxıstanda aerotaksidə gedişhaqqı açıqlanıb. Baş nazirin müavini Kanat Bozumbayev yerli mətbuata bildirib ki, Çin aerotaksisi ilə uçuşun təxmini qiyməti hər kilometr üçün 1 dollar olacaq.

Reyting.az-ın məlumatına görə, K. Bozumbayev deyib ki, sərnişinlər yeni nəqliyyatdan istifadə üçün əvvəlcədən bron etməklə, hava limanından şəhərə pilotsuz uçuş aparatları ilə daha da sürətli çata biləcəklər. 

"Uçan taksi"nin üstünlüyündən söz açan K. Bozumbayev vurğulayıb ki, yeni aerotaksi ilə Almatı hava limanından şəhər mərkəzinə 15 kilometrlik uçuş təxminən 15 dollara başa gələcək.

Baş nazirin müavini həmçinin qeyd edib ki, hökumət gələcəkdə bu sahələrdə rəqabət artdıqca, qiymətlərin daha ucuzlaşacağını gözləyir.

Qeyd olunub ki, Qazaxıstan bu məqsədlə böyük layihə çərçivəsində yük və sərnişin dronları üçün respublikada xüsusi infrastrukturun yaradılmasını planlaşdırır.

Aerotaksilərin Almatı, Alatau, o cümlədən digər şəhərlər, turistik məkanlar arasında tam sərbəst fəaliyyəti nəzərdə tutulur. Yeni layihənin ilk sınaqlarının yaxın 2-3 ildə də keçirilməsi planlaşdırılır.

Oqtay Qorçu
 

Reklam