“Səbail”-“Baku Sportinq” oyununun 65-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Adil Şükürov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb. A.Şükürovun bu hərəkətinə görə kluba 3000 manat cərimə tətbiq edilib.
Reyting.az-ın məlumatına görəbelə bir qərar AFFA İntizam Komitəsinin iclasında verilib.
Bundan əlavə, komandanın azarkeşləri də referilərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. "Səbail" buna görə isə 1500 manat ziyana düşüb.
“Mingəçevir”-“Şəfa” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə bölgə təmsilçis 1500 manat cərimə ödəyəcək. “Şəfa” oyununda isə “Şəfa”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimələnib.