Advert
Advert

AFFA ilə PFL arasındakı müqavilənin şərtləri dəyişdirilə bilər

Tarix:
AFFA ilə PFL arasındakı müqavilənin şərtləri dəyişdirilə bilər
Reklam

"PFL hazırda AFFA ilə imzalanmış müqavilə çərçivəsində öz fəaliyyətini davam etdirir. Gələcəkdə bu müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılması mümkündür. Bu, müzakirə oluna biləcək məsələdir. Lakin mahiyyət etibarilə PFL federasiyanın ona ötürdüyü səlahiyyətləri icra edir. Bu prosesin hansı formatda davam edəcəyi gələcək ehtiyaclara və səmərəliliyə görə müəyyənləşəcək".

Reyting.az xəbər verir ki, bunu bu gün AFFA-nın Hesabat Konfransında Rövşən Nəcəf deyib.

AFFA rəhbəri qeyd edib ki, klubların cərimə məbləğlərindən narazı qalması ilə bağlı hüquqi prosedurlar mövcuddur:

"İntizam Komitəsi müstəqil qurumdur, AFFA-nın onun fəaliyyətinə müdaxiləsi mümkün deyil. Cərimələrlə bağlı narazılığı olan klublar apellyasiya şikayəti verə bilərlər. Lakin bir məqamı qeyd edim ki, cərimələrdən toplanan vəsaitlər yenidən klubların inkişafına yönəldilir. Bu vəsaitlər AFFA-nın büdcəsində qalmır, yenidən futbolun və klubların maliyyələşməsinə xərclənir. Bu baxımdan "klubların soyulması" kimi ifadələr düzgün deyil".(Report)
 

Reklam