“İranla atəşkəs razılaşması Vaşinqtonun qələbəsidir”.
Reyting.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Caroline Levitt özünün “X” sosial media platformasında paylaşım edib.
Levitt yazıb ki, ABŞ ordusunun “Epik qəzəb” əməliyyatı zamanı əldə etdiyi uğurlar Vaşinqtona Tehranla danışıqlara başlamağa imkan verən maksimum rıçaq yaradıb: “İndi qurulmuş dialoq sayəsində diplomatik həllə və uzunmüddətli sülhə yol açıla bilər”.
Levitt, həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının açılmasını təmin etməyi bacarıb.
E. Kamal