Advert
Advert

Ağ Ev İrana qarşı istifadə üçün Konqresdən 672 milyon dollar istəyir

Tarix:
Ağ Ev İrana qarşı istifadə üçün Konqresdən 672 milyon dollar istəyir
Reklam

Ağ Ev İranın nüvə silahı hazırlamasının və ya əldə etməsinin qarşısını almağa yönəlmiş tədbirlər üçün Konqresdən 672 milyon dollar istəyib.

Reyting.az xəbər verir ki, bu barədə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin rəhbəri Rassel Vout tərəfindən Nümayəndələr Palatasının spikeri Mayk Consona göndərilən sorğuda deyilir.

Sorğuda qeyd olunur ki, İranın nüvə silahı hazırlama və ya əldə etmə qabiliyyətinin tamamilə və təsdiqlənə bilən şəkildə aradan qaldırılmasına yönəlmiş fəaliyyətləri, o cümlədən əlaqəli materialların, texnologiyanın, avadanlıqların və infrastrukturun ləğvini dəstəkləmək üçün altı yüz yetmiş iki milyon dollarlıq maliyyələşdirmə nəzərdə tutulub.

Y. Qacar
 

Reklam