Advert
Advert

Ağ Evin yeni zalının damına dron yerləşdiriləcək

Tarix:
Ağ Evin yeni zalının damına dron yerləşdiriləcək
Reklam

Amerika paytaxtının qorunması məqsədilə Ağ Evdə yeni tikilən ziyafət zalının damında dronların yerləşdirilməsi planlaşdırılır.

Reyting.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Trump açıqlama verib.

O, Ağ Evdə jurnalistlərə bildirib:

“Binanın damı elə dizayn edilib ki, biz ora qoşun yerləşdirə bilək”.

Trampın sözlərinə görə, damda yerləşdirilə biləcək snayperlər Vaşinqtonun geniş mənzərəsini müşahidə edə biləcəklər.

Ağ Evin damı həm də bütün Vaşinqtonun qorunması üçün dron bazası funksiyasını daşıyacaq və burada məhdud sayda dron yerləşdirilməsi nəzərdə tutulub.

Tramp binanın tikintisində “keçilməz polad” və “keçilməz şüşə”dən istifadə olunduğunu vurğulayıb. ABŞ Prezidenti əlavə edib ki, dam “dronlara davamlı” olacaq:

“Əgər dron ona çırpılsa, zərər vermədən geri sıçrayacaq”.

O qeyd edib ki, bina “təxminən altı mərtəbə yerin altında” yerləşəcək və “burada tikilən hər şey üçün qalxan” rolunu oynayacaq.

Binanın tikintisinə sərf olunan vəsaitdən danışan Tramp bildirib:

“Bunların hamısı mənim və donorların vəsaitidir”.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında ABŞ Prezidenti Ağ Evdə yeni ziyafət zalının genişmiqyaslı tikinti işlərinə başlanıldığını təsdiqləmişdi. Tramp yeni zalın “Ağ Evin interyerini tam şəkildə təkrarlayacağını” bildirmiş və layihənin özəl maliyyə hesabına həyata keçiriləcəyini vurğulamışdı.

V. Quliyev
 

Reklam