Advert
Advert

Ağcaqanad ən təhlükəli canlıdır

Tarix:
Ağcaqanad ən təhlükəli canlıdır
Reklam

Dünyadakı ən təhlükəli heyvanlar arasında ilk yerləri heç də köpəkbalığı və yaxud şir, pələng kimi digər yırtıcılar yox, əksinə, çox təhlükəli xəstəlik yayan kiçik canlılar tutur. Bu, "Our World in Data" statistik məlumatlar və araşdırmalar platformasının bu il üçün hazırladığı yeni hesabatda əksini tapıb. 

Reyting.az xəbər verir ki, platformanın hesabatına görə, hər il daha çox insanın ölümünə səbəb olan yeganə canlı ağcaqanaddır. Bu həşəratlar malyariya və sarı qızdırma kimi digər xəstəliklər yaymaqla, təxminən 760 min insanın ölümünə səbəb olub.

Hesabata daxil edilən, eyni zamanda tam dəqiq mənbə sayılan və dünya ölkələri üzrə ictimai səhiyyə məsələləri ilə məşğul olan "World Health Organization" beynəlxalq təşkilatı bildirir ki, malyariya xəstəliyi 2022-ci ildə 600 minə yaxın insanın həyatına son qoyub. 

Statistikada vurğulanıb ki, əvvəlki dövrlərə nisbətən cüzi dəyişikliklər olsa da, ən ağır, acınacaqlı vəziyyət yenə Afrika ölkələrində, xüsusilə Nigeriya və Konqoda qeydə alınıb.

Siyahıda ikinci yerdə insanın özü dayanır. Hər il yüz minlərlə qətl hadisəsi insanların bir-biri üçün ən böyük təhlükələrdən biri olduğunu göstərir.

Zəhərli ilanlar da çox təhlükəli hesab edilir, lakin bu sürünənlər insanlar kimi təhlükəli hesab edilmirlər. 

Araşdırmalar göstərib ki, Kral kobrası və Avstraliya pələng ilanı kimi növlər hər il təxminən 100 min insanın ölümünə səbəb olur.

İtlər, xüsusilə də sahibsiz itlər quduzluq xəstəliyinə tutulma səbəbindən il ərzində təxminən 40 minə yaxın insanın həyatına son qoyur ki, bu təhlükə yenə mövcuddur və bir çox bölgələrdə vaksin çatışmazlığı problemin qarşısını almağa imkan vermir. 

Bundan başqa, şirin su ilbizləri və triatom böcəklərinin də təhlükəli xəstəliklər yaydığı və Şistosomoz, həmçinin Şaqas xəstəliyi kimi infeksiyalar yaymaqla, xüsusilə yoxsul ölkələrdə minlərlə insanın ölümünə səbəb olurlar. 

Mütəxəssislər qeyd ediblər ki, insanlar ən çox iri yırtıcılardan qorxsalar da, əsl təhlükə xəstəlik daşıyan kiçik canlılardan gəlir.

Oqtay Qorçu
 

Reklam