Advert
Advert

Ağdərə rayonunun Aşağı Oratağ kəndinə köç olub

Tarix:
Ağdərə rayonunun Aşağı Oratağ kəndinə köç olub
Reklam

Bu gün Ağdərə rayonunun Aşağı Oratağ kəndinə köç olub.

Reyting.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki,  kəndə 22 nəfərdən ibarət 6 ailə köçürülüb.

Köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev iştirak edib.

Reklam