Erməni silahlı qruplaşmalarının Kəlbəcər rayonunun Ağdaban kəndində törətdikləri qətliamın 34-cü ili tamam olur.
Reyting.az xatırladır ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə silahlı qruplaşma 130 evdən ibarət Ağdaban kəndini tamamilə yer üzündən silib.
Erməni silahlı qruplaşması kəndin 779 nəfər dinc sakininə işgəncələr verib, 32 nəfəri qətlə yetirib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın yandırılıb.
Şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.