Advert
Advert

Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları gedib

Tarix:
Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları gedib
Reklam

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Reyting.az xəbər verir ki, Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə Ağdam şəhərinə 41 ailə (156 nəfər), Xocavənd şəhərinə isə 57 ailə (206 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
 

Reklam