Advert
Advert

Ağdamda çoban həmyerlisini güllələyib, daha sonra...

Tarix:
Ağdamda çoban həmyerlisini güllələyib, daha sonra...
Reklam

Ağdamda çoban həmyerlisini güllələdikdən sonra özünə qəsd edib.

Hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində qeydə alınıb.

1975-ci il təvəllüdlü Rövşən Şirinov, həmyerlisi 1979-cu il təvəllüdlü Elşad Gözəlov tərəfindən güllələnib. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Elşad Gözəlov isə sonradan özünə atəş açıb. O, aldığı yaradan ölüb.

R.Şirinovun müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir/Report.

Reklam