Ağdam rayonunun Quzanlı qəsəbəsində gənc qız bıçaqlanıb.
Reyting.az xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü L. Cəfərovanın dayısı oğlu tərəfindən bıçaqlanmasına əsaslı şübhələr var.
DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildiriblər ki, polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş. Bayramovu saxlayıb.
Qeyd edək ki, yeniyetmə qız üz nahiyəsi və sol əlinin kəsilmiş yarası ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
L. Cəfərovanın parfümeriya mağazasında işlədiyi bildirilir.
Faktla bağlı araşdırma başlanıb.