Ağdaş rayonu ərazisində Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı ağaca çırpılıb.
Reyting.az APA-ya istinadla xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin - 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, digər sərnişin - 41 yaşlı Ramil Həsənov xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.