Advert
Advert

Ağır sənayenin Aya köçürülməsi təklif olunur

Tarix:
Ağır sənayenin Aya köçürülməsi təklif olunur
Reklam

“Yer planetinin ekoloji durumunu qorumaqla iqtisadi inkişafı davam etdirməyin yeganə yolu ağır sənayenin kosmosa, xüsusilə də Aya köçürülməsidir”.

Reyting.az xəbər verir ki, bu təkliflə “Amazon” şirkətinin təsisçisi və “Blue Origin” şirkətinin rəhbəri Ceff Bezos çıxış edib.

Amerikalı milyarderin sözlərinə görə, Ay zəngin mineral ehtiyatlara və su buzuna malikdir. Bu resurslar kosmik infrastrukturun, enerji sistemlərinin, eləcə də məlumat emalı mərkəzlərinin qurulmasına geniş imkan yaradır.

Ceff Bezos

Bezos həmçinin qeyd edib ki, Ayın cazibə qüvvəsi zəif olduğundan materialların orbitə çıxarılması Yer ilə müqayisədə daha ucuz başa gələcək.

Milyarderin fikrincə, yaxın gələcəkdə sənayenin və istehsalın böyük hissəsi kosmosda yerləşdiriləcək, Yer isə əsasən insanların yaşadığı və təbiətin qorunduğu münbit bir məkana çevriləcək.

Bezos daha sonra vurğulayıb ki, Marsın mənimsənilməsi kifayət qədər çətin olacaq. Bununla belə, o, bu istiqamətdə tam ümidsiz olmadığını bildirib və əlavə edib ki, Marsın fəthi Ayda güclü baza yaradıldıqdan sonra mümkün ola bilər.

Oqtay Qorçu
 

Reklam