Aktrisa Sienna Miller və sevgilisi Oli Grin nişanlandıqlarını elan ediblər.
Reyting.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
İnsayderlərin sözlərinə görə, xoşbəxt hadisə cütlüyün ikinci övladı dünyaya gəldikdən az sonra, bu ilin may ayının əvvəlində baş verib.
Gözlənilən toyun təfərrüatları gizli saxlanılır.
Cütlük 2022-ci ilin fevral ayından birlikdədir. 2023-cü ildə onların qız övladı dünyaya gəlib və keçən il aktrisa daha bir uşaq gözlədiyini açıqlayıb. Və bütün bunlar yaş fərqinə baxmayaraq: Sienna nişanlısından 14 yaş böyükdür. Onun aktyor Tom Sturricdən 13 yaşlı qızı da var.
V. Quliyev