Advert
Advert

Aleksandar Vuçiç: "Serbiyada təhsil alan xarici tələbələrə vətəndaşlıq əldə etməyə imkan yaradacağıq"

Tarix:
Aleksandar Vuçiç:
Reklam

Serbiya dövləti xarici tələbələrə vətəndaşlıq əldə etməyə imkan yaradacaq.

Bunu Serbiyanın Prezidenti Aleksandar Vuçiç "Serbiyada Dünya" (World in Serbia) təhsil proqramının 15 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, dövlət bu addımı ilə xarici tələbələrə təhsillərini başa vurduqdan sonra Serbiyada qalmağı və iş tapmağı asanlaşdıracaq:

"Mən əlimdən gələni edəcəyəm ki, bir neçə il təhsil alanlara, xüsusilə də uğurla oxuyanlara burada təkcə qalmaq deyil, həm də Serbiyada yaşayış icazəsi və vətəndaşlıq verilsin. Xarici tələbələrin biliyi dövlətin özündə saxlamaq istədiyi bir resursdur. Biz bu tələbələrin biliklərindən, əməyindən istifadə etmək istəyirik. Bunu texniki və hüquqi baxımdan həll edəcəyik".

Xatırladaq ki, hazırda bu proqram çərçivəsində Serbiyada 7 nəfər azərbaycanlı tələbə (2 doktorant, 2 magistr, 3 bakalavr) təhsil alır/report.

Reklam