Populyar müğənni Alla Puqaçova mərhum modelyer Valentin Yudaşkinin həyat yoldaşının sosial şəbəkədə paylaşımını təsirli şəkildə şərh edib.
Reyting.az Rusiya mediasına istinadla xəbər verir ki, Marina Yudaşkina mərhum həyat yoldaşı barədə öz bloqunda yazıb:
“Əgər xatirələrdən pilləkən düzəldə bilsəydim, o pilləkənlə göyə qalxıb ərimi evimizə qaytarardım...”.
Ardınca rusiyalı müğənni Alla Puqaçova bunu qeyd edib: “Göylər bir canla zənginləşdi! Biz sizi sevirik, Valentin”.
Müğənni bu paylaşımı “Valeçka üçün çox darıxıram”,- şəklində cavablandırıb.
Puqaçovanın qızı Kristina Orbakayte də “Sevimli Valeçkamız”,- mesajını yazıb.
Marina Yudaşkinanın paylaşımı pərəstişkarlarından və şou-biznes həmkarlarından yüzlərlə cavab alıb.
V. Quliyev