Advert
Advert

Alp dağları hansı ölkələrin nəzarətindədir?

Tarix:
Alp dağları hansı ölkələrin nəzarətindədir?
Reklam

Alp dağları silsiləsi çox vaxt İsveçrə ilə əlaqələndirilsə də, bu dağ sistemi səkkiz ölkənin ərazisindədir. 

Reyting.az xəbər verir ki, mütəxəssislər Alp dağlarının bölgüsü ilə bağlı sistem təqdim ediblər. İnfoqrafikada Alp dağlarının dövlətlər üzrə bölgüsü göstərilib.

Bildirilir ki, ümumilikdə Alp dağları silsiləsi 260 kilometrə, uzunluğu isə təxminən 1200 kilometrə çatır. Alpın demək olar ki, 100-ə yaxın zirvəsi 4000 metrdən də hündürdür. Dağın ən yüksək nöqtəsi sayılan Monblan zirvəsinin hündürlüyü 4810 metrdirdir ki, bu ərazi də Fransa ilə İtaliya sərhədində yerləşir.

Alpların ən böyük hissəsi Avstriya ərazisinə düşür. Ümumilikdə Avstriya, İtaliya və Fransa bu böyük dağ sisteminin 77 faizindən çoxuna nəzarət edir.

İsveçrə Alp dağının cəmi 13,2 faizinə sahibdir və 4000 metrdən də yüksək olan zirvələrin təxminən yarısı məhz bu ölkənin payına düşür.

Bundan əlavə, Alp dağlarının bir hissəsi Almaniya, Sloveniya, Lixtenşteyn və Monako ərazilərindədir. Lixtenşteynin payı 1 faizdən az olsa da, ölkə tamamilə Alp dağlarının əhatəsindədir.

Oqtay QORÇU
 

Reklam