Advert
Advert

Amerikalı jurnalist Putindən Rusiya vətəndaşlığı istəyir

Tarix:
Amerikalı jurnalist Putindən Rusiya vətəndaşlığı istəyir
Reklam

Amerikalı jurnalist Kristofer Helali Rusiya Prezidentinə müraciət ünvanlayıb. O, Vladimir Putindən Rusiya vətəndaşlığı verilməsini xahiş edib. 

Reyting.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, jurnalist bildirib ki, Putinə məktub göndərib və yaxın aylarda Rusiya vətəndaşı olacağına ümid edir.

Qeyd edək ki, bundan əvvəl 10 uşaq böyüdən fransız Sorlin ailəsi Kremldə Rusiya Prezidenti Vladimir Putindən dövlət mükafatı alıb. İzabelle Beatris Margaret Laroçe-Sorlin “Qəhrəman Ana” ordeni ilə təltif edilib. O, 2015-ci ildə əri Fabris və uşaqları ilə birlikdə Avropadan Rusiyaya köçüb. 2024-cü ildə bütün ailə üzvlərinə Rusiya vətəndaşlığı verilib.

V. Quliyev
 

Reklam