Advert
Advert

Amerikanın 16 ədəd “MQ-9 Reaper” təyyarəsi vurulub

Tarix:
 Amerikanın 16 ədəd “MQ-9 Reaper” təyyarəsi vurulub
Reklam

İrana qarşı hərbi əməliyyatlar zamanı ABŞ ordusu 16 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı “CBS News” iki ABŞ rəsmisinə istinadla yayıb.

Daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Şiraz üzərində Amerikanın “MQ-9” təyyarəsini ələ keçirib məhv etdiyini bildirmişdi.

“MQ-9 Reaper” müşahidə və kəşfiyyat missiyaları üçün istifadə edilən uzaqdan idarə olunan təyyarədir, lakin dəqiq zərbələr üçün də istifadə edilə bilər. Belə bir təyyarənin orta qiyməti təxminən 34 milyon dollardır.

Bu arada, ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqset dəfələrlə bildiriblər ki, bir ay davam edən ABŞ-İsrail zərbələri zamanı İranın hava hücumundan müdafiə və raket buraxma imkanları demək olar ki, tamamilə məhv edilib.

V. Quliyev

Reklam