Aprelin 1-də səhər tezdən ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupuna İran tərəfindən bir neçə hücum dron eskadrilyası göndərilib.
Reyting.az xəbər verir ki, belə bir bəyanatı İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) yayıb.
Bəyanatda deyilir ki, gəmiyə və onun müşayiət gəmilərinə hücumda yerli istehsal olan dronlardan istifadə edilib.
İİKK əməliyyatın nəticələrini dəqiqləşdirməsə də, amerikalıları gəmini və digər gəmiləri başqa yerə köçürməyə məcbur etdiyini bildirib.
V. Quliyev