Advert
Advert

Analoqu olmayan sualtı dəmir yolu inşa olunur 

Tarix:
Analoqu olmayan sualtı dəmir yolu inşa olunur 
Reklam

Çin sualtı dəmir yolu tuneli inşa edir. Bu, yeni dünya rekordu deməkdir. Məlumata görə, Çin Xalq Respublikasının Quandonq vilayəti ərazisində inşa olunan tunelin dərinliyi 113 metrdir və dünyada analoqu yoxdur. 

Reyting.az xəbər verir ki, bu nəhəng layihə Çinin iki böyük şəhərini - Şençjen ilə Tszyanmeni birləşdirən yüksək sürətli dəmir yolu xəttinin bir hissəsidir və Çjuzyan çayı estuarisinin altından keçir.

Tezliklə tamamlanacaq sualtı tunelin uzunluğu 13,69 kilometr, diametri 13 metr olacaq və artıq 4 kilometrlik hissənin tamamlandığı bildirilir.

Mütəxəssislərin məlumatına görə, işlər gündə təxminən 2 metr sürətlə davam edir. Qeyd olunur ki, dünyada hələlik alternativi olmayan bu sualtı tunelin maksimum dərinliyin 116 metrə qədər çatacaq. 

Sualtı yeni dəmiryolu xətti istifadəyə verildikdən sonra şəhərlərarası səfərlərin müddəti təxminən 1 saata qədər azalacaq.

Oqtay QORÇU
 

Reklam