Qarabağ zonasında azad olunan ərazilərdə aprelin 6-dan 12-dək 47 tank əleyhinə mina, 144 piyada əleyhinə mina, 1 661 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Reyting.az xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) həftəlik hesabat yayıb.
Bildirilib ki, bununla da 2052,5 hektar ərazi minalardan təmizlənib.