Ankara prokurorluğu tərəfindən terror təşkilatları ilə bağlı aparılan istintaq çərçivəsində barələrində həbs qərarı verilən 241 şübhəlidən 209-u saxlanılıb.
Reyting.az prokurorluğa istinadla xəbər verir ki, Ankara Polis İdarəsinin və Jandarma Komandanlığının Terrorla Mübarizə Şöbələri ölkə daxilində terror təşkilatlarının fəaliyyətlərini və planlarını aşkar etmək üçün əməliyyatlara başlayıblar.
Bu kontekstdə İŞİD, DSİH, TKP/ML, TKİP, MLKP, DKP/BÖG, DHKP/C və THKP/C terror təşkilatları ilə əlaqəli 241 şübhəli haqqında həbs qərarı verilib.
Şübhəlilərdən 209-u eyni vaxtda keçirilən əməliyyatlarda saxlanılsa da, qalan şübhəlilərin tutulması üçün səylər davam edir.
V. Quliyev