Antarktidada əvvəllər dəniz xəritələrində təhlükə zonası kimi qeyd olunan ərazidə naməlum ada aşkar olunub.
Reyting.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Kəşf Polarstern buzqıran gəmisi pis hava səbəbindən Ueddell dənizindəki Joinville adasının yaxınlığında sığınacaq axtararkən baş verib. Komanda əvvəlcə sahənin çirkli bir aysberq olduğunu düşünüb. Lakin yaxından yoxlanılanda onun qaya olduğu üzə çıxıb. Polarstern kursunu dəyişib və sirli adaya 150 metr yaxınlaşıb.
Pilotsuz uçan aparatın köməyilə onlar kəşfi havadan tədqiq və ölçülərini təsdiq edə biliblər: uzunluğu 130, eni 50 metr və dəniz səviyyəsindən təxminən 16 metr yüksəklikdə olan bir ada.
V. Quliyev