Mərakeşdə raket formasında yeni göydələn istifadəyə verilib. Rabat şəhəri yaxınlığında yerləşən "Mohammed VI Tower" binası 250 metr hündürlüyə çatmaqla, bu ölkə üzrə ən hündür bina kimi qeydə alınıb. Göydələnin Afrikada ən yüksək binalardan biri olduğu bildirilir. Layihə 8 ilə tamamlanıb.
Reyting.az-ın məlumatına görə, kosmik mövzudan ilhamlanan bina daralan forması və iqlimə uyğun fasadı ilə seçilir. Binada otel, ofislər, elit mənzillər, həmçinin müşahidə meydançası yerləşir.
Forma baxımdan, “Apollon 12" kosmik gəmisi şəklində inşa edilib. 700 milyon dollara başa gələn bu yeni göydələnin memarları Rafael de la Os və Hakim Bəndcəllundur.

Oqtay Qorçu