"Apple" şirkəti bəzi məhsullarının qiymətlərini artıracağını açıqladıqdan sonra şirkətin səhmləri 6,12 faiz ucuzlaşıb. Nəticədə bazar kapitallaşmasına görə "Apple" ikinci yeri "Alphabet" şirkətinə uduzub.
Reyting.az-ın məlumatına görə, bu barədə "Alphabet" şirkətinin təmsilçiləri açıqlama veriblər. Bildirilib ki, "Apple" "iPad" və bazara yeni çıxarılan "MacBook" modellərinin qiymətlərini 20 faiz artıracaq. Şirkət bu qərarın artıq müsbət nəticələr verdiyini qeyd edib. Məlumata əsasən, "Apple"ın bazar kapitallaşması 4,04 trilyon dollara enib.
Hazırda açıqlanan göstəricilərə əsasən, bazar kapitallaşmasına görə reytinqə 4,74 trilyon dollarla "Nvidia" liderlik edir. İkinci yerdə isə təxminən 4,2 trilyon dollar bazar dəyəri ilə "Alphabet" şirkəti qərarlaşıb.
Oqtay Qorçu