Advert
Advert

“Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb

Tarix:
“Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb
Reklam

“Araz-Naxçıvan” komandası transfer üçün Rəşad Həsənovla anlaşıb.

Reyting.az futbol klubuna istinadla xəbər verir ki, mərkəz müdafiəçisi yeni mövsümdə Naxçıvan təmsilçisinin formasını geyinəcək. Onunla bir illki müqavilə imzalanıb.

“Keşlə”, “Şamaxı” və “Zirə-2” klublarında çıxış etmiş 23 yaşlı futbolçu son mövsümü Birinci Liqada mübarizə aparan “Cəbrayıl”ın heyətində keçirib. O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Reklam